Bakıda dünən doğuş zamanı dünyasını dəyişmiş qadının hadisənin həkimlərin səhvi üzündən baş verdiyini bildirirlər.

ANS PRESS-ə müraciət edən həkim Cavid Musazadə “Astoriya» Tibb Mərkəzində dünyasını dəyişmiş qadının qardaşı arvadı oluğunu bildirib.

“Dünyasını dəyişən qadın Bakı şəhər Lökbatın qəsəbəsində qeydiyyatda olan, 1984-cü il təvəllüdlü İlahə Musazadədir. O, doğuşdan əvvəl dünyasını dəyişib. Ona iynə vuraraq epidural anestiziya eləmək istəyiblər. Amma qadın şoka düşüb və dünyasını dəyişib”,- deyə Cavid Musazadə vurğulayıb.

Onun sözlərinə görə, hadisə zamanı İlahə Musazadənin körpə qızını xilas etmək mümkün olub.

Xatırladaq ki, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.

“Astoriya” Tibb Mərkəzindən “Trend”ə hadisənin olmasını təsdiqləyiblər . Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.


Mənbə
ANS PRESS