Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,85% yaxud 1,76 dollar bahalaşaraq 45,72 dollar təşkil edib.Brentin bir barelinin qiyməti 55 dolları üstələyib
Milli.Az "report"a istinadən xəbər verir ki, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 1,61% və ya 0,89 dollar qalxaraq 55,32 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı təxmin edilir.
Milli.Az