Milli.Az-a AFFA-dan verilən məlumata görə, Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan Azərbaycan yığma komandası ikinci yoldaşlıq oyununu keçirib.
Yığmamız "Ayntraxt" (Frankfurt) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Budaq Nəsirovun vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb.