Azərbaycan, Bakı, 21 mart / Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.
Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.
Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.
“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləsələr də, onunla bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az