Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası 168 dəfə artıb
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 89,8% artaraq 3,8 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 9,8 dəfə artaraq 110,9 min manat, fərdi qəza və xəstəlik sığortasında 32,6% artaraq 2,35 mln. manat, səfər sığortasında 8,2% artaraq 241,3 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,2 dəfə artaraq 6,9 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 3,4% artaraq 5,6 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 4 dəfə artaraq 7,9 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 42,5% artaraq 100,2 min manat, avtomobillərin icbari sığortasında isə 34,1% artaraq 10,2 mln. manat təşkil edib.
Hesabat dövründə sığorta növləri arasında ən ciddi azalma isə işin dayanması ilə bağlı risklərdən sığortada qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqları 100% azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 66,3% azalaraq 17 min manat, həyatın yaşam sığortasında isə 34,3% azalaraq 10,1 mln. manat olub.
Sığorta haqlarının məbləği tibbi sığortada 6,1% azalaraq 29,4 mln. manat, KASKO sığortasında 4% azalaraq 5,6 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 15,2% azalaraq 178,4 min manat təşkil edib.
Bu ilin yanvar-fevral aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın ölüm halından sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 4,3 dəfə artaraq 555,7 min manat təşkil edib. Bundan başqa, həyatın yaşam sığortasında ödəniş 3,7 dəfə artaraq 3,2 mln. manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 2,7 dəfə artaraq 104,5 min manat olub.
Sığorta ödənişlərinin məbləği tibbi sığortada 27% artaraq 8,3 mln. manat, səfər sığortasında 2,6% artaraq 38 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 31,2% artaraq 395 min manat, avtomobillərin icbari sığortasında 10,6% artaraq 3,8 mln. manat təşkil edib.
Bu iki ayda sığorta ödənişlərinin ən çox azalması avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 91% azalaraq 11,4 min manata düşüb. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 86,6% azalaraq 1 000 manat, ümumi mülki məsuliyyətin sığortasında isə ödəniş 71,1% azalaraq 15,8 min manat olub.
Sığorta ödənişləri fərdi qəza və xəstəlik sığortasında 17,6% azalaraq 181,1 min manat, KASKO sığortasında 4,3% azalaraq 4,4 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 58,8% azalaraq 628,5 min manat, daşınmaz əmlakın icbari sığortasında 52,4% azalaraq 116,1 min manat təşkil edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25