Fərid Novruzi: "Azərbaycan komandası Avropa Oyunlarına hazırdır"
- I Avropa Oyunlarında çimərlik futbolu yarışları keçiriləcək. Bu da sizin üçün daha artıq məsuliyyət deməkdir...
- Əlbəttə ki, bu böyük məsuliyyətdir. Çünki ölkəmizi təmsil edəcəyik. Həm Federasiya, həm də komanda üçün özünü göstərmək mənasında böyük şansdır. Bu, çimərlik futbolunun məşhurluq qazanmasına, ölkədə daha da artıq tannmasına fürsət yaradacaq. Bu məqsədlə hər ay xarici ölkələrə səfərlər edir, oradakı güclü komandalarla qarşılaşırıq. Mütəmadi olaraq məşqlər keçirilir və deyə bilər ki, komanda hazır vəziyyətdədir.
- Çimərlik futbolu komandası yenidən yaranıb. Yəni, hər şey sıfırdan başlayıb...
- Bəli, biz hər şeyi sıfırdan başlamışıq, ilk yarışımız isə İspaniyada beynəlxalq turnir olub. O zaman bizim oyunçular qumun üzərinə topun necə qoyulmalı olduğunu bilmirdi. Daha sonra hər şey öz qaydasına düşdü. İndi yaxşı komandamız var. Artıq komandamız Avropada 13-cü pillədədir. Bu da böyük göstəricidir.
- Çimərlik futbolu üzrə ölkə daxilində hansı çempionatlar keçirilir?
- Respublika kuboku, Super Liqa keçirilir, 6 peşəkar komandamız var. Ola bilsin ki, PR işləri düzgün aparılmır. Ötən il Avrokuboku da Azərbaycanda keçirməyə nail olduq.
- Peşəkar klublara futbolçu seçimində hər hansı bir çətinliklə üzləşmirsiniz?
- Çətinlik yox, hətta dəstək də olur. Hər futbolçu milliyə düşə bilmir. Özünü göstərmək istəyən futbolçular bizə müraciət edir və öz növbəmizdə onlara dəstək veririk.
- Oyunlarda çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri Portuqaliya, İsveçrə və Ukrayna yığmaları olacaq...
- Komandamız oyunlara hazırdır. Xaricə səfərlərimizin məqsədi idmançılarımızın təcrübəsini artırmaqdır. Bizdə beynəlxalq arenalarda oyun təcrübəsi azdır və bunu artırmaq lazımdır. İnanıram ki, bu dəfə komanda hər tərəfli hazır olacaq və gözəl oyun göstərəcək.
- Daha çox toplanış üçün BƏƏ-ni seçməkdə məqsəd nədir?
- Qış vaxtı havaya görə biz oranı seçirik. Lakin o demək deyil ki, ancaq BƏƏ komandaları ilə qaşrılaşırıq. Orada müxtəlif komandalarla yoldaşlıq oyunu keçiririk və təcrübə toplayırıq.
- Azərbaycan Oyunlarda neçənci yeri tuta bilər?
- Yoldaşlıq görüşü başqadır. Ancaq rəsmi oyunlarda başqa ab-hava olur. İsveçrə güclü komandadır. Portuqaliya ilə qarşılaşmışıq və başabaş mübarizə gedib. Məşqçimiz də Portuqaliyadan olan güclü mütəxəssisdir. O, bütün nüansları futbolçulara başa salacaq. İnanıram ki, Oyunlarda ölkəmizi layiqincə təmsil edə biləcəyik.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33