"Barcelona"nın yarımmüdafiəçisi Xavi növbəti dəfə Lionel Messi haqqında yüksək fikirdə olduğunu bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli oyunçu argentinalı ulduzun rəqibi olmadığını qeyd edib.

"Lionel Messi dünyanın ən gücül futbolçusudur. Şəxsən mənə görə, futbol tarixində ondan daha yaxşı futbolçu yoxdur. Onun 22 yaşı olandan futbolda domunantlığı əlində saxlayır. Leonun meydanda etdikləri ağılasığmazdır. Messinin hələ 27 yaşı var. Qarşıda onu parlaq gələcək gözləyir. Messi yalnız özü ilə rqabət aparır. Çünki onun rəqibi, ümumiyyətlə yoxdur. Bu futbolçunun meydanda və məşqlərdə etdiklərini izləmək xoşbəxtlikdir. "Barcelona" və İspaniya millisinin ən uğurlu periodunda bu komandaların bir hissəsi olmağıma sevinirəm".

Milli.Az