Ucar rayonunda inzibati binada yanğın hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayonda ümumi sahəsi 1400 kv.m olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində səhəsi 15 kv.m olan otaqda yanğın olub.

Hadisə zamanı oyaqda olan 1 ədəd kompüter yanıb.

Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Mənbə
ANS PRESS