Milli.Az 4charx.com-a istinadən bildirir ki, maşının üstündəki örtüyə baxmayaraq, onun daha ensiz faralarla birgə yeni ön panel, yenilənmiş qabaq bamper, daha çox şaquli radiator barmaqlığı və yeni kapot əldə etdiyini görmək mümkündür. Həmçinin arxa fənərlər, xaricetmə boruları və arxa bamper də yenilənib.
Bu dəfə fotocasuslar maşının salonuna da nəzər sala biliblər və bir sıra elementlər kənar gözlərdən gizlədilsə də, burada da yeniliklərin olacağı şübhəsizdir.
Milli.Az



