Bakının valyutadəyişmə məntəqələrində yenidən dollar qıtlığı yaranıb.
Milliö.Az virtualaz.org-a istinadən bildirir ki, paytaxtın mərkəzindəki valyutadəyişmə məntəqələrinin bir neçəsinə müraciət olunsa da, ABŞ valyutası sata bilməyəcəklərini bildiriblər.
Maraqlıdır ki, valyutadəyişmə məntəqələrində yalnız dollar qıtlığı var. Digər valyutalarla bağlı problem yoxdur. Valyuta satanlar müştərilərə israrla avro və funt-sterlinq təklif edirlər. Amma dollar qıtlığının səbəblərini izah edə bilmirlər. Bununla belə bəzi valyutadəyişmə məntəqələrindən bildirilib ki, dollar qıtlığının yaranması bayram və qeyri-iş günü ilə bağlıdır.
Milli.Az