D.Kiselyov: “İlham Əliyevin mətinliyi və Azərbaycanda əmin-amanlığı saxlayan siyasi müdrikliyi ölkənin və xalqın yaxşı perspektivlərinə zəmanət verir”
Moskva, 20 mart, AZƏRTAC
“Bu ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları Azərbaycanın bütün sahələrdə sürətlə yüksəlişini sübut edir”.
Bu sözləri “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov Rusiyanın “Vestnik Kavkaza” agentliyinin müxbiri ilə söhbətində deyib.
“Məndə Birinci Avropa Oyunlarına dəvətnamə var. Hətta bu yaxınlarda Azərbaycanda oldum və yarışlara hazırlığı müşahidə etdim və bütün bunlardan məndə ən xoş təəssürat qalıb. Sözün düzü, Azərbaycanın inkişaf etməsindən, respublikada hökm sürən xeyirxah mühitdən valeh olmuşam. Azərbaycana birlikdə getdiyim həyat yoldaşım Maşada da həmin səmimi hisslər qalıb. Təəssüf ki, biz ancaq Bakıda olduq. Lakin Azərbaycanın paytaxtı Avropanın digər şəhərlərindən daha çox xoş təəssürat yaradır” - deyə D.Kiselyov qeyd edib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər nəinki gələcəyin böyük, həm də “indinin böyük” potensialına malikdir.
“Yaxın vaxtlarda keçirilmiş, Rusiya və Azərbaycanın həqiqətən də vahid, tamdəyərli, yüz faiz müttəfiq olduqları Xəzər forumunu xatırlamaq kifayətdir. Bu iki ölkə arasındakı münasibətlərdə hər hansı problem yoxdur. Bu isə ilk dəfə Xəzər dialoqu çərçivəsində müəyyən razılaşmaların əldə olunmasına kömək etdi” - deyən D.Kiselyov bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin xidmətini xüsusilə vurğulayıb.
D.Kiselyov fikrini tamamlayaraq deyib: “Mən burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin rolunu xüsusi qeyd etmək istəyirəm. O, xaraktercə, sözünün üstündə duran insandır. Bu gün hətta dünyanın nəhəng dövlətlərinin liderlərində bu keyfiyyət yoxdur, İlham Əliyev isə onu nümayiş etdirir ki, çoxları ondan öyrənə bilər. Fikirləşirəm ki, elə bu keyfiyyət də Vladimir Putin və İlham Əliyev arasında səmimi və etibarlı münasibətləri irəlicədən müəyyən edir. Onların hər ikisi bilir ki, hər zaman bir-birinə arxalana, qarşılıqlı öhdəlikləri anlaya və yerinə yetirə bilərlər. Deyərdim ki, İlham Əliyevin mətinliyi və Azərbaycanda əmin-amanlığı saxlayan siyasi müdrikliyi ölkənin və xalqın yaxşı perspektivlərinə zəmanət verir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ən xüsusi müxbiri
Moskba
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33