[ 20 Mart 2015 16:19 ]


Bakı - APA. Futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma mərasimi olub.

APA-nın məlumatına görə, martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində keçirilən mənzil-qərargahında keçirilən püşkatma rəqibləri bəlli edib.

 

Püşkün nəticələri belədir:

 

PSJ (Fransa) – “Barselona” (İspaniya)

“Portu” (Portuqaliya) – Bayern (Almaniya)

“Yuventus” (İtaliya) – “Monako” (Fransa)

“Real” (Madrid) – “Atletiko” (Madrid)

 

İlk qarşılaşma aprelin 14-15-də, cavab oyunlar aprelin 21-22-də keçiriləcək.

 

Çempionlar Liqasının final oyunu iyunun 6-da Berlin Olimpiya Stadionunda baş tutacaq.