Bakı. 20 mart. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. "Report" "TASS"a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 3,5 kq trotil ekvivalentində olan qurğu məscidin yanında dayanan motosiklə quraşdırılıb.