“Sumqayıtı tanı!” layihəsi başa çatıb
Sumqayıt, 20 mart, AZƏRTAC
Gənc İstedadlara Dəstək Fondunun iyunun 17-dən start verdiyi Sumqayıt şəhərinin 65 illik yubileyinə həsr edilmiş “Sumqayıtı tanı!” layihəsi başa çatıb.
Sumqayıt şəhərinin tarixi keçmişi barədə məlumatların geniş ictimaiyyətin, ilk növbədə gənclərin diqqətinə çatdırılması, həmçinin istedadlı və yaradıcı gənclərin aşkara çıxarılması məqsədilə keçirilən layihə çərçivəsində “Sumqayıt gənclərin gözü ilə” almanaxı və “Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” adlı kitabı hazırlanaraq nəşr etdirilib.
“Sumqayıt gənclərin gözü ilə” almanaxında mütəxəssislərdən ibarət yaradılmış münsiflər heyətinin qərarı ilə seçilmiş 53 məktəblinin Sumqayıt şəhəri barədə inşa yazıları və rəsmləri işıq üzü görüb.
Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsindən AZƏRTAC –a bildirilib ki, “Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” adlı kitabında şəhərin ərazisi, qədim yaşayış məskəni, kurqan və nekropolu, Sumqayıt çayı, mövcud olmuş karvansaralar, körpü, ovdan, mayak, poçt stansiyası, Sumqayıt kəndi, hazırda da fəaliyyət göstərən dəmir yolu stansiyası, həmçinin Corat və Hacı Zeynalabdin qəsəbələrinin tarixi barədə müxtəlif məxəzlər və tədqiqat əsərləri üzrə məlumatlar öz əksini tapıb. Kitabın təqdimatının yaxın vaxtlarda keçirilməsi nəzər tutulub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25