Kiyev martın 20-də Donbasdakı münaqişə zonasında sülhməramlı əməliyyatının keçirilməsi xahişi ilə BMT-yə rəsmi müraciət təqdim edəcək.
 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev həmin gün BMT-nin katibliyində gələcək missiyanın formatı və mandatına dair məsləhətləşmələrin başlanacağını qeyd edib.
 
“Biz bu məsələ ilə bağlı artıq təlimatlar almışıq və cümə günündən başlayaraq format və mandata dair formal məsləhətləşmələrə başlayacağıq. Bununla bağlı bizə artıq rəsmi sorğu göndərilib”, deyə Yuri Sergeyev bildirib.
 
Milli.Az