İsraildə keçirilən seçkidə 120 yerlik parlamentdə 30 mandat qazanan Likud Partiyası nümayəndəsi Binyamin Netanyahu zəfərindən sonra ABŞ-la olan əlaqələrindən söz açıb.

ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obamanın onu təbrik etməməsinə baxmayaraq, ölkələri arasında sıx əlaqə olduğunu dilə gətirib.

“Birlikdə işləyəcəyimiz bir çox sahələr var. ABŞ-la və prezident Obama ilə əlaqələrimizi davam etdirəcəyik. Çünki başqa bir alternativimiz yoxdur. İsrail ABŞ-ın, ABŞ isə İsrailin ən böyük dostudur” – deyə Binyamin Netanyahu Amerikan “NBC News” telekanalına verdiyi açıqlamada bildirib.

Xatırladaq ki, martın 17-də keçirilən parlament seçkilərində ilkin məlumatlara əsasən, birinci yeri Likut Partiyası, ikinci yeri "Sionist Düşərgəsi" birliyi, üçüncü yeri isə ərəb partiyalarının ittifaqı olan "Birləşmiş Ərəb Siyahısı" tutub.
Mənbə
ANS PRESS