Milli.Az axar.az-a istinadən bildirir ki, məqalədə layihənin Türkiyəni enerji körpüsünə çevirdiyi bildirilir:
“Enerji siyasətində oyun qaydalarını yenidən yazacaq TANAP layihəsi Avropa Birliyinin (AB) ağlını başından alıb. AB komissiyası Türkiyənin enerji körpüsü və enerji mərkəzi olduğunu elan edib”.
AB-nin enerji daşınmasında təhlükəsizliyə çox böyük diqqət verdiyi yazılan məqalədə Türkiyənin rolu yüksək qiymətləndirilib:
“Cümhuriyyət tarixinin ən böyük təbii qaz xətti layihəsinin təməlinin atıldığı TANAP indidən AB-nin maraq mərkəzinə çevrilib. TANAP-ın reallaşması ilə parallel bu yarışda məğlub olmaq istəməyən Vladimir Putin faktoruna qarşı bu layihə Avropa üçün sanki yeni nəfəsdir”.
Milli.Az