Astana, 19 mart, AZƏRTAC
Qazaxıstanda neftin ixracına görə rüsum azaldılaraq bir ton üçün 80 dollardan 60 dollara endirilib. Bununla əlaqədar, Qazaxıstan Respublikası Hökumətinin “Qazaxıstan Respublikasının gömrük rüsum dərəcələri haqqında “ 7 iyun 2010-cu il tarixli Qərarına müvafiq dəyişikliklər edib.
Qazoyl, maye yanacaq, mazut, sürtgü yağları və bitum üçün rüsum dərəcələri də dəyişdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana