Prezident İlham Əliyev: "Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var"
Dövlət başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, hər bir ölkə vətəndaşına yeni uğurlar və xöşbəxtlik arzulayıb, Novruzun yalnız müstəqillik illərində qeyd edilməyə başlanıldığını qeyd edib. Azərbaycanın müstəqillik dövründə çox çətin sınaqlardan keçdiyini, bununla belə, yalnız bu dövrdə xalqın yüksək zirvələrə çatdığını deyən Prezident İlham Əliyev hazırda dünya siyasətində ikili standartların hökm sürdüyünü, buna baxmayaraq, Azərbaycanın inkişaf yolu ilə uğurla getdiyini vurğulayıb.
Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub, münaqişənin hələ də həll olunmamasından təəssüfləndiyini bildirib: "Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır. Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, ordumuz Vətəni ləyaqətlə qoruyur. Ordu quruculuğu bizim üçün əsas vəzifədir. Azərbaycan Ordusu indi dünyada öz gücü, texniki təchizatı ilə fərqlənir. Güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi, düşünülmüş siyasət, sosial vəziyyət, cəmiyyətdə bərqərar olmalıdır. Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var".
Bir neçə gün əvvəl təməli qoyulan TANAP layihəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və ölkədə hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır: “Bundan əlavə görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır. Azərbaycanın yürütdüyü siyasət ədalətli siyasətdir. Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakının inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər bu gün onu dünya miqyaslı sərvətə çevirib".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33