Müdafiə Nazirliyi bu gecə, qarşı tərəfə ağır zərbələr vuraraq 20-dək erməni hərbi qulluqçusunun məhv edildiyi haqda xəbər yayıb. Ermənistanın Müdafiə Nazirliyi isə cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir və xalqın fikrini yayındırmağa çalışırlar. Hətta Ermənistan prezidenti Serj Sarkisyan vassal asılığında olduğu aydın bilinən, Rusiyaya qarşı Azərbaycan ordusu ilə bağlı bəyanatlar səsləndirir.

ANS TV-nin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan ordusunun silahlanmasından, günü-gündən artan gücündən narahatlığını dilə gətirib. Erməni dövlət başçısını narahat edən Rusiyanın Azərbaycana silah satmasıdır. Sarkisyan açıq şəkildə etiraf edib ki, qoşunların təmas xəttində erməni əsgəri rus silahı ilə öldürülməsindən, mövqelərinin məhv edilməsindən çəkinir.

Sarkisyan bununla da ordusuna güvəninin itdiyini göstərib. Görünür Sarkisyanın narahatlığı əbəs yerə deyilmiş. Çünki erməni mətbuatı son 4 gündə Ermənistanın Qarabağda 13 əsgər itirdiyini yazır. Təkcə bu gün Ermənistan ordusu Azərbaycanın Ağdərə rayonun Talış kəndində böyük itki verib. Xeyli sayda yaralı var. Erməni mediası ölən əsgərlərin siyahısını dərc edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə deyilir ki, qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır. Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir. Xalqın fikrini yayındırmağa çalışırlar.

Müdafiə naziri Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.

Mənbə
ANS TV: İlkin Kərimov