Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyasının (DAF) növbədənkənar toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda DAF-ın idarə heyətinin tərkibi müəyyənləşib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov federasiyanın yeni prezidenti seçilib. Qurumun bundan əvvəlki prezidenti iş adamı Fərid Əlizadə isə DAF-ın fəxri prezidenti olub.
Alpaqut türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş döyüş sənətidir. “Alpaqut” sözünün mənası müqəddəs döyüşçü deməkdir.