Bakı, 19 mart, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində “Bank və Maliyyə İnstitutlarında İnsan Resurslarının idarə olunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə “AGBank”ın nümayəndəsi İlqar Musabaliyev “Banklarda İnsan Resursları modelinin dəyişdirilməsi - AGBank nümunəsi“ mövzusunda təqdimatla çıxış edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, çıxış və təqdimat iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və İlqar Musabaliyev həmin tədbirin sədri seçilib.