Unibank müştərilərin məzənnə itkilərini öz üzərinə götürüb
ANS PRESS-in məlumatına görə, Unibank-ın plastik kart sahiblərinə bankın xoş xəbəri var - valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə silinmiş məbləğlər müştərilərə geri qaytarılıb.
Unibank-ın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, Unibank hər zaman müştəri məmnuniyyətini əsas tutaraq, onların gözləntilərini qarşılamağa çalışır.
Mövcud məzənnə dəyişikliyindən sonra kart istifadəçilərinin üzləşdikləri vəziyyəti nəzərə alan bank, 1200-ə yaxın müştərisinin itirmiş olduqları vəsaiti kompensasiya edib. “Unibank olaraq qərar verdik ki, manatın xarici valyutalara qarşı məzənnəsinin dəyişməsi nəticəsində plastik kart istifadəçilərimizin məruz qaldıqları vəsait itkilərini öz üzərimizə götürək. Bu məqsədlə, həmin vəsait 21 fevral tarixinədək Unibank-ın MasterCard və Visa ödəniş kartları ilə xarici valyutalarda əməliyyat aparmış və bankla hesablaşma anında əlavə məbləğ itirmiş müştərilərimizin kart hesablarına bərpa edilib”.
Qeyd edək ki, ödəniş kartları ilə xarici valyutada əməliyyatlar üzrə mövcud hesablaşma qaydalarına əsasən, əməliyyat anında kart hesabında əməliyyatın məbləği həmin günün rəsmi məzənnəsinə müvafiq olaraq bloklanır. Bankla müştəri, eləcə də bankla qarşı tərəf arasında hesablaşma isə bir ay ərzində baş verə bilir.
Bu zaman, aparılmış əməliyyatın məbləği hesablaşma aparılan günün məzənnəsinə müvafiq olaraq konvertasiya edilir. Nəticədə yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması, yaxud bahalaşmasından asılı olaraq, kart hesabından bloklanmış məbləğə nisbətən daha çox, yaxud daha az məbləğ silinir. Hesablaşma günü 21 fevraldan sonrakı tarixlərə təsadüf edən əməliyyatlar üzrə kart istifadəçilərindən daha çox məbləğlərin silinməsi bununla izah olunur.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25