Sumqayıt, 19 mart, AZƏRTAC 
Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubu “Kapital Bank Arena”da “Qarabağ”ı qəbul edib.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oyunda hesabı 50-ci dəqiqədə komandanın yarımmüdafiəçisi Murad Ağayev açıb. Lakin 52-ci və 69-cu dəqiqələrdə Reynaldo Ağdam klubunun qollarına imza atıb.