[ 19 Mart 2015 16:12 ]


Bakı – APA. “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında” saziş təsdiq edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

 

Qeyd edək ki, həmin saziş 2014-cü il martın 12-də Buenos-Ayres şəhərində imzalanıb.