Bakı, 19 mart, AZƏRTAC
Kanadanın Atlantik okeanı sahilləri son üç gündə artıq ikinci dəfədir ki, güclü qar fırtınasının təsirinə məruz qalır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, qar fırtınasının tüğyan etdiyi Kanadanın Yeni Şotlandiya əyalətinə 50 santimetrə qədər yağıntı düşüb. Qalifaks əyalətinin avtomobil yollarında hərəkət iflic olub, məktəblərdə və universitetlərdə dərslər dayandırılıb.
Hökumət sürücülərə yollarda görmənin sıfıra enəcəyi barədə xəbərdarlıq edib.