BP Avropa Oyunlarına dəstək verir
Şirkətdən ANS PRESS-ə bu proqram Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin dördqat Olimpiya çempionu və 400 metr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi, dünya şöhrətli idmançı Maykl Consonun rəhbərlik etdiyi, idmançıların təlimi üzrə beynəlxalq nüfuzlu şirkət olan “Michael Johnson Performance” (MJP) şirkəti ilə birgə həyata keçirilir.
Bu altı aylıq proqrama 2015-ci ilin yanvar ayında start verilib. Onun məqsədi milli idmançılardan və məşqçilərdən ibarət böyük bir qrupa MJP şirkətinin beynəlxalq təcrübəsindən faydalanmaq imkanı yaratmaq və beləliklə onların idmanda yüksək nailiyyətlər qazanmaqla beynəlxalq idman tədbirlərində Azərbaycanın iştirakını artırmaq istiqamətində gördüyü səylərə dəstək olmaqdır. Bunun milli idmançıların və məşqçilərin Bakı 2015 Avropa Oyunlarına və 2016-cı ilin Olimpiya Oyunları da daxil olmaqla digər yarışlara yüksək səviyyədə hazırlaşmasını təmin edəcəyi gözlənilir.
Proqramda məşqçilər və idmançılarla, o cümlədən BP-nin xüsusi nümayəndəsi seçilmiş idmançılarla təmsil olunacaq dörd milli idman federasiyasının (yüngül atletika, gimnastika, triatlon və qılıncoynatma) iştirakı nəzərdə tutulub. Bu vaxtadək 30 idmançı və 20 məşqçi yoxlamadan keçərək proqrama seçilib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “BP şirkəti Azərbaycanın seçilmiş idmançılarının və məşqçilərinin qarşıdan gələn mühüm idman tədbirinə hazırlığına dəstək olmaq istiqamətində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və “Michael Johnson Performance” şirkəti ilə əməkdaşlıq etməkdən məmnunluq duyur. Ümid edirik ki, bu təşəbbüslər Azərbaycana yalnız böyük layihələri səmərəli şəkildə həyata keçirərək mötəbər tədbirlərə ev sahibliyi etməkdə deyil, həm də bu proqramın təklif etdiyi beynəlxalq təcrübədən istifadə etməklə idmanda yüksək nailiyyətlər nümayiş etdirməkdə köməklik edəcək.
Mən xüsusən də məmnunluq duyuram ki, Bakı Oyunlarına BP-nin dəstəyi Azərbaycanda potensialların artırılması və idmançıların inkişaf etdirilməsi səylərinə yardım etməyə yönəlib. Bir neçə ay əvvəl biz Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ilə birlikdə Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramına start verdik. Bu proqram təxminən 200 məzunun layihə idarəetmə sahəsində təcrübə qazanmasına və yeni bacarıqlara yiyələnməsinə köməklik etmək məqsədi daşıyan innovativ təlim təşəbbüsüdür. Biz inanırıq ki, bunlar ölkəyə idman sahəsində çox yüksək nailiyyətlər qazanmağa, habelə bacarıqlar üzrə davamlı irsin yaradılmasına köməklik edəcək.
Azərbaycanın idman və gənclər naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bildirib ki, ilk Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olmaqla yanaşı, BP şirkətinin həm də Azərbaycanda nüfuzlu idmançıların və məşqçilərin inkişafına və təliminə köməklik etdiyini görmək çox gözəldir. Mən əminəm ki, bu, idmançılarımızın Bakı 2015 oyunlarına hazırlaşmasına daha da köməklik edəcək və onların yarışdıqları idman növlərində öz adlarını ilk Avropa Oyunlarının çempionu kimi tarixə düşməsi üçün göstərdiyi səylərə dəstək olacaq.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, biz 2012-ci ildən etibarən BP şirkəti ilə tərəfdaşlıq edirik və bu tərəfdaşlıq milli olimpiya komandasının elit idmançılarına sponsorluq, idman jurnalistikası, Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarını üçün könüllülərin hazırlanması tədbiri də daxil olmaqla bir çox layihələri əhatə edib. Elit idmançıların inkişafı və təlimi proqramı Azərbaycanda ilk dəfə olaraq bu növdə həyata keçirilən yeni və unikal bir təşəbbüsdür. Buna görə də, ümidvaram ki, bu tərəfdaşlığı mən yüksək qiymətləndirirəm və onun uğurlu nəticələr verəcək.
“Michael Johnson Performance” şirkətinin təsisçisi və prezidenti Maykl Conson vurğulayıb ki, "Michael Johnson Performance" şirkəti qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlaşan idmançılara və məşqçilərə və sonrakı müddətdə keçiriləcək 2016-cı il Rio Olimpiya Oyunlarına hazırlaşan idmançılara köməklik etmək üçün BP şirkəti, Azərbaycan Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq etməkdən məmnunluq və şərəf duyur. Bizim məqsədimiz hər bir idmançının inkişaf edərək öz tam atletik potensialına çatmasına yardım etməkdir və beləliklə, yeni nəsil idmançıların atletik potensialının yetişdirilməsində Olimpiya Komitəsinə köməklik etməyimizdən xüsusilə məmnunluq duyuram. "Michael Johnson Performance" dünyada atletik potensialın inkişaf etdirilməsi üzrə təlim sahəsində liderdir və bizim Azərbaycandakı fəaliyyətimiz dünyanın bütün regionlarında idmançılara və məşqçilərə atletik bacarıqların inkişaf etdirilməsini davam etdirmək və bu sahədə mükəmməlliyə nail olmaq məqsədinə xidmət edir. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33