Azərbaycan Misirdə həyata keçirilən neft-qaz, turizm layihələrinə maraq göstərir
Bakı, 19 mart, AZƏRTAC
İş adamları arasında əməkdaşlığın təşviq olunması əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir və Azərbaycan tərəfi Misirdə neft-qaz, turizm, İKT sahələrində həyata keçirilən layihələrdə iştirak edə bilər.
Bunlar iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Bakıda səfərdə olan Misir Ərəb Respublikasının Qəlubiyyə şəhərinin meri Mohammed Abdel Zahirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin uğurla davam etdiyini, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Misirdə keçirilmiş "Misirin gələcəyi" beynəlxalq konfransında iştirak edib. Ölkələrimiz arasında Parlamentlərarası Dostluq Qrupunun və Müştərək Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən nazir komissiyanın növbəti iclasının bu il Qahirədə keçiriləcəyini bildirib.
Mohammed Abdel Zahir səmimi qəbul üçün təşəkkür edib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb. Misir iqtisadiyyatı barədə məlumat verən qonaq Misirə investisiya qoyuluşu üçün tətbiq edilən güzəştləri diqqətə çatdırıb.
Görüşdə iş adamları arasında səmərəli əməkdaşlığın qurulması məqsədilə müvafiq qurumun yaradılması təklifi irəli sürülüb, Müştərək Komissiyanın bu il nəzərdə tutulan iclasına dair fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05