Atası afro-amerikalı, anası yapon olan Ariana Miyamotonun “Yaponiya gözəli” seçilməsi və “Kainat gözəli – 2015”də ölkəni təmsil etmək hüququ qazanması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mühafizəkar düşüncələri ilə tanınan yaponlar Ariananın metis olmasının ona ölkəni təmsil etmək hüququ vermədiyini deyirlər.

Bir qrup şəxs modelə uğurlar arzulasa da, digərləri “Yaponiyanı təmsil edə bilməz. Bizi daha yaxşı tanıdacaq birini tapa bilmədik?”, - deyə etiraz ediblər.

Qeyd edək ki, Ariana Miyamoto Naqasaki şəhərində anadan olub. Orta məktəb illərinədək Yaponiyada yaşayan model daha sonra ABŞ-a köçüb.