Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Ermənistanın məqsədi 1915-ci il hadisələrinin araşdırılması deyil, Türkiyə ilə düşmənçilik etməkdir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, erməni lobbisi dünyanın hər yerində qondarma “soyqırım” iddiaları ilə bağlı Türkiyə əleyhinə düşmənçilik kampaniyası aparır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az