Müğənni Xatirə İslam “Səs verməyin!” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi şou-biznesdəki barışıqlardan danışıb. O, “Şou-biznesdə kimin barışma xəbərinə inanmazsan” sualına belə cavab verib:
“İlhamə Quliyeva və Flora Kərimovanın barışmasına heç vaxt inanmıram. Çox istəyərdim olsun. Əlimdən gəlsə, onları barışdırmaq istəyərdim. Amma alınmayacağını bilirəm”.