““İnter”ə qarşı yaxşı oynadıq. Qələbəyə layiq idik. Son dəqiqələrə kimi də qələbə qazanacağımızı gözləyirdik. Çünki oyuna yaxşı başlamışdıq və bu, bizdə inam gücünü artırmışdı".

Bu sözləri Qol.Az-a "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 26-cı turunda "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O bildirib ki, çempionatda kəskin mübarizə gedir: "Bu isə futbolumuzun inkişafı üçün yaxşı amildir".

Bir vaxtlar “İnter”in şərəfini qoruyan C.Hüseynov Bakı klubunun ən bəyəndiyi komandalardan olduğunu söyləyib:
 
""İnter"in məşqçilərini də yaxşı tanıyıram və oynadıqları futbola da böyük simpatiyam var. Bu gün hər zamankı oyunumu oynadım. Ola bilər ki, bu oyunda daha yaxşı alındı".

Milli.Az