Milli.Az Day.Az saytına istinadən bildirir ki, adı çəkilən stansiyada təmir işlərinə start verilib və orada da yerə sürüşkən mərmərlər vurulur.
Məsələ ilə bağlı saytın əməkdaşı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlamağa çalışıb. Ancaq ondan cavab almaq mümkün olmayıb.
Xatırladaq ki, "28 May" stansiyasında yerə sürüşkən mərmərin döşənməsi ucbatından dəfələrlə xoşagəlməz hadisələr baş vermişdi.
Milli.Az





