Qədim bayramlarımızdan olan Novruz Tovuzda da yüksək əhval-ruhiyyədə qeyd olunub.

Rayonun girişində ucaldılan qala kompleksində təşkil edilən bayram tədbirinə böyükdən-kiçiyə hər kəs qatılıb. Kəpəz TV (Region TV) xəbər verir ki, səməni, paxlava, şəkərbura, boyanmış yumurtalar və digər bayram atributları diqqət çəkib. Pəhlivanların, azyaşlı idmançıların nümunəvi çıxışları isə bayramı daha da coşdurub. Çıxış edən rayon rəhbərliyi sakinləri təbrik edərək bayram tonqalını alovlandırıb. Musiqiçilərin, rəqqasların iştirakı ilə Novruz şənliyi gecə saatlarına qədər davam edib.

Milli.Az