"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda Pentaqon Konqresin müvafiq komitəsinə sənəd təqdim edib.
Məlumata görə, 2016-cı ildə Pentaqon xaricdəki əməliyyatlar üçün 50,9 milyard dollar xərcləməyi planlaşdırıb. Bu, 2015-ci ildəki məbləğdən 21% (64,2 milyard dollar) azdır.
Növbəti il müdafiə xərcləri əsasən Əfqanıstandakı əməliyyatları, İŞİD-ə qarşı mübarizəni, Terrorçuluğa qarşı mübarizə tərəfdaşlıq Fondunu, eləcə də NATO-dakı müttəfiqlərinin dəstəklənməsini əhatə edəcək.