[ 19 Mart 2015 10:19 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun  Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.