Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu mərhələnin bütün görüşləri eyni günə nəzərdə tutulub.

Keçirilən səkkiz oyunla 1/4 finalçıların adına aydınlıq gələcək.

Günün ilk qarşılaşması Rusiyada oynanılacaq. Moskva “Dinamo”su “Napoli”ni qəbul edəcək. İlk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan paytaxt klubu mərhələ adlamaq üçün bugünkü görüşdə ən azı iki cavabsız qolla qalib gəlməlidir.
 
Digər Rusiya klubu "Zenit" "Torino"nun qonağı olacaq. Peterburqda baş tutan ilk görüş “Zenit”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

1/16 finalda "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu doğma meydanda "Brügge"ni ilə qarşılaşacaq. İstanbul təmsilçisi ilk görüşdəki məğlubiyyətin (1:2) əvəzini çıxmağa çalışacaq.

"Qarabağ"la qrup mərhələsində mübarizə aparmış "Dnepr" klubu səfərdə "Ayaks"la qarşılaşcaq. İlk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatdığından cütün taleyinə bugünkü oyunda aydınlıq gələcək.

İtaliya "İnter"i isə öz meydanında "Volfsburq"u sınağa çəkəcək. İlk oyun Almaniya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

19 mart
Avropa Liqası, 1/8 final, cavab oyunları

21:00. “Dinamo” (Moskva, Rusiya) - “Napoli” (İtaliya)
İlk oyun – 1:3

22:00. “Roma” (İtaliya) - "Fiorentina” (İtaliya)
İlk oyun - 1:1

22:00. “Dinamo” (Kiyev, Ukrayna) – Everton” (İngiltərə)
İlk oyun – 1:2

00:05. “Ayaks” (Hollandiya) - "Dnepr” (Ukrayna)
İlk oyun – 0:1

00:05. “Beşiktaş” (Türkiyə) - “Brügge” (Belçika)
İlk oyun – 1:2

00:05. “İnter” (İtaliya) - "Volfsburq" (Almaniya)
İlk oyun – 1:3

00:05. “Sevilya” (İspaniya) - “Vilyarreal” (İspaniya)
İlk oyun – 3:1

00:05. “Torino” (İtaliya) - “Zenit” (Rusiya)
İlk oyun – 0:2

Milli.Az