Demək olar ki, hər gün üçün xüsusi bir doodle hazırlayan dünyanın ən böyük virtual axtarış sistemi “Google” Çanaqqala zəfərinin 100-cü ildönümünü görməzliyə vurdu.“Yandex.com.tr” isə ilk səhifəsində Çanaqqala zəfərini əks etdirən 3-ölçülü şəkil yerləşdirib
Anspress-in məlumatına görə, hər gün milyonlarla istifadəçinin daxil olduğu “Google” ötən il də analoji addımı ataraq Çanaqqala zəfərini xatırlamamışdı.
Digər virtual axtarış sistemi olan “yandex.com.tr” isə ilk səhifəsində Çanaqqala zəfərini əks etdirən 3-ölçülü şəkil yerləşdirib və “Dur, yolçu! Bilmədən gəlib basdığın bu torpaq, bir dövrün batdığı yerdir!” misraları yazılıb.
“Google”un bu addımı yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Türkiyəli bir çox sosial şəbəkə istifadəçisi bunu qəsdən atılmış addım kimi qiymətləndirib. Bəziləri isə “Google”un bu günü unutduğunu bildirib.
"“Google”un görməzliyə vurduğu Çanaqqala zəfəri üçün yandex.com.tr gözəl bir səhifə hazırlayıb. Təbriklər, yandex".
“Çanaqqalanın ildönümünü unudan “Google”un inadına gözəl bir səhifə hazırlayan "yandex"i təbrik edirəm”.
“Zəncirbəndin ildönümünü unutmayan “google” Çanaqqalanı unudub. Özünə xidmət”.
“Diş çöpünün icad olunduğu günü xatırlayan “google” Çanaqqala zəfərini unutdu deyəsən”.
Milli.Az
