Hadisə çərşənbə günü Vorvederstoryet meydanında yerli vaxtla 22:23 ətrafında baş verib. Şahidlərin sözlərinə görə, futbol matçının izləmə zamanı restorana iki silahlı şəxs daxil olub və atəş açıblar.
Yaralıların sayı çox olduğundan, ölənlər sayının çoxalma ehtimalı var.
Hələ ki polis tərəfindən saxlanılan yoxdur. Ehtimal olunur ki, cinayət törədənlər yerli qruplaşma üzvləridir.
Bundan öncə, martın 18 "Fields" ticarət mərkəzində oxşar hadisə baş vermişdi. 3 nəfər yaralanmışdı. Şübhəli bilinən 3 nəfər polis tərəfindən saxlanılmışdı.
Milli.Az