İsveçin sayca ikinci ən iri şəhəri Göteborqda restoranların birində atışma baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə azı 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

 

İlkin məlumata əsasən, iki naməlum şəxs restorana daxil olaraq avtomat silahdan atəş açmağa başlayıb.

 

Hadisə yeri polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Hadisənin təfərrüatları  müəyyənləşdirilir.