Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaponiyadakı səfiri ölüm təhdidi alıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, ötən ay ABŞ-ın Tokiodakı səfirliyi binasına ingilisdilli şəxs zəng edərək səfir Karolin Kennedini və başqa bir diplomatı ölümlə hədələyib.

 

Xəbərin hüquq-mühafizə orqanlarına bildirilməsilə yapon polisi işi araşdırmağa başlayıb. Səfirlikdən hadisə ilə bağlı heç bir açıqlanma verilməsə də narahatlıq içində olduqları deyilir.

 

Bu ayın əvvəllərində isə ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert bıçaq hücumuna məruz qalmış, bir neçə günü xəstəxanada keçirməli olmuşdu.

 

Qeyd edək ki, Karolin Kennedi sui-qəsdə uğrayan keçmiş ABŞ rəhbərlərindən Con F. Kennedinin qızıdır. O, 2 il əvvəl Tokioya səfir təyin edilib.