Azərbaycan Müəllimlər İnstitutunda “Novruz – 2015” adlı bədii-əyləncəli tədbir
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Novruz – 2015” adlı bədii-əyləncəli tədbir keçirilib.
AMİ-dən AZƏRTAC –a bildiriblər ki, tədbirdə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı toplaşanları müqəddəs Novruz bayramı münasibətilə təbrik edib. Rektor bildirib ki, milli bayramımız olan Novruz yurdumuzun hər yerində müxtəlif mərasimlərlə qeyd olunur. Bu bayram xalqımız üçün təzə ili, baharın gəlişi deməkdir.
A.Naxçıvanlı vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hər il Novruz bayramını xalq ilə birlikdə qeyd edib, şəhərin mərkəzində təşkil olunmuş şənliklərdə şəxsən iştirak edərək insanlara xoş arzularını bildirib. Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ənənəni davam etdirir, Novruz bayramını hər il xalq ilə birgə qeyd edirlər.
Bildirilib ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Tədbirdə tələbələrin ifasında Azərbaycan, rus, ingilis dillərində hazırlanan bədii-əyləncəli, musiqili çıxışlar, səhnəciklər təqdim edilib. Müxtəlif dillərdə təbriklər səsləndirilib, mahnılar ifa olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05