“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı başa çatıb
Bakı, 18 mart, Türkan Abdullayeva, AZƏRTAC
Martın 18-də Heydər Əliyev Sarayında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə IV Beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Festival martın 11-dən 18-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən reallaşıb.
AZƏRTAC xəbər verir ki, mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Bildirib ki, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut etdi.
Ə.Qarayev bu gün Azərbaycan mədəniyyətinin böyük inkişaf yolunu keçdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verməkdədir.
Nazir muğam sənəti dərin köklərdən, dindən, mənəviyyatdan, böyük ədiblərin yaradıcılığından qidalanaraq müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxdığını söyləyib. Bunun Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib. Bu gün muğam nəinki Azərbaycan xalqı tərəfindən, ümumiyyətlə bəşəriyyət tərəfindən qorunan incəsənət növlərindən biridir. UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında özünə layiqli bir yer tutmaqla yanaşı, muğam yeni bir nəfəs alıb, qanad açıb.
Nazir bu musiqi bayramı barədə danışaraq festival çərçivəsində elmi simpozium, gənc ifaçıların beynəlxalq muğam müsabiqəsi, paytaxt və 7 bölgədə silsilə konsertlər təşkil edildiyini diqqətə çatdırıb.
Ə.Qarayev ənənəvi olaraq keçirilən bu festivalda iştirak edən yeni simaların, ifaçıların Azərbaycan xalqının böyük xəzinəsi olan muğam sənətinə öz dəyərli töhfəsini verəcəyinə əmin olduğunu söyləyib.
Mədəniyyət və turizm naziri musiqi bayramına təşrif buyurmuş qonaqları bir daha salamlayaraq, muğam sənətinə bəslədikləri hörmətə və diqqətə görə onlara təşəkkürünü bildirib.
Sonra “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilmiş muğam müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Qalibləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə və müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi təltif edib.
Qeyd edək ki, müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər qatılmışdı.
Solo muğam ifaçılığı üzrə müsabiqədə azərbaycanlı xanəndə Aytən Məhərrəmova və İrandan İsa Şoxri birinci, İlkhom İsmoilov (Özbəkistan) və Orxan Hüseynli (Azərbaycan) ikinci, “Lamekan ansamblı” (Belçika/Türkiyə) və “Gerbi Diyar Küyşiliri” qrupu (Çin) üçüncü yerlərə layiq görülüblər.
İnstrumental muğam ifaçılığı üzrə birinci yeri Azərbaycandan Aygül Həsənova (qanun), ikinci yerləri İordaniyadan Tareq Cundi (ud) və həmyerlimiz Zərqələm Cəfərova (kamança), üçüncü yeri isə təmsilçimiz Tofiq Məmmədov (tar) tutub.
Qaliblərə diplom və pul mükafatları təqdim olunub.
Həmçinin İrandan gələn xanəndə İbrahim Qulami, Tacikistandan Sitora Karamatullo və həmyerlimiz Xətai Hacıyev müsabiqənin xüsusi mükafatına layiq görülüblər.
Qeyd edək ki, “Qran-pri” mükafatı heç kimə təqdim edilməyib.
Sonda qaliblərin iştirakı ilə qala-konsert keçirilib. Qaliblərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib. Gecədə, həmçinin bəstəkar Ruslan Ağababayevin “Heydərbaba” kantatasının premyerası olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47