Rusiya prezidenti Vladimir Putin Roma imperatoru kimi təqdim olunacaq.

ANS PRESS-in məlumatına görə, 9 may - Qələbə günündə Sankt Peterburqda Vladimir Putinin yeni büstünün qoyulması planlaşdırılır.

Məlumatlara görə, heykəltaraşlar Putinin büstünü Roma imperatoru formasında hazırlayacaqlar. Büstü məşhur heykəltaraş Pavel Qreşnikov hazırlayacaq.

Büstün hazırlanmasının təşəbbüskarı kazak atamanı Andrey Polyakovdur.

Qeyd edək ki, Rusiyada Sovet İttifaqının Faşist Almaniyası üzərindəki qələbəsinin 70-ci ildönümü münasibətilə tədbirlər keçidirləcək.

Mənbə
ANS PRESS