Bakı, 18 mart, AZƏRTAC
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandasının baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, komanda kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bülət Qarslıoğlu ilə müqavilə imzalayıb. Türkiyəli mütəxəssis mövsümün sonunadək “Lokomotiv”i çalışdıracaq.