Bakı, 18 mart, Nihat Budaqov, AZƏRTAC
Azərbaycanın təbii qazı Rusiya qazından daha ucuzdur.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Nazir bildirib ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq təbii qaz Türkiyə sərhədlərinə Rusiya qazından daha münasib qiymətə çatdırılacaq.