Ermənilər arasında ixtilaf düşdü
Azərbaycanın Macarıstandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, bəyanatda “muxtariyyət”in Macarıstanın qanunverici orqanındakı nümayəndəsi Tamaş Turdyana Macarıstan parlamentinin deputatı mandatından və “erməni milli azlığının sədrliyi”ndən imtina etmək tələbi ilə ultimatum verilib.
Bəyanatda deyilir: “Tamaş Turdyan parlamentə namizədliyini irəli sürən və seçkilər keçirilən zaman erməni mənşəyi ilə bağlı icmanı aldadıb və Macarıstan ermənilərinin maraqlarını müdafiə etmək üçün saxta öhdəliklər götürüb. Erməni icmasının dəstəyi ilə mandat ala bilib, lakin parlamentdə təmsil olunduğu ilk dəqiqələrdən etibarən daha öz fəaliyyətini, vəzifə və qərarlarını “müxtariyyət” ilə razılaşdırmayıb, onunla heç bir əlaqə saxlamır və Macarıstan ermənilərini ölkənin qanunverici orqanında layiqincə təmsil etmir”.
“Erməni muxtariyyəti”nin fikrincə, Tamaş Turdyan “icma üçün əhəmiyyət daşıyan mədəni-maarif və siyasi xarakterli məsələlərdə yetərincə bilikli deyil, öz fəaliyyəti və məzmununda qeyri-dəqiq informasiya olan bəyanatları ilə Macarıstanda ictimai fikri və beynəlxalq erməni diasporunu aldadır”.
Həmyerlilərinin fikrincə, Tamaş Turdyanın “səthi nəticənin əldə olunmasına yönələn özbaşına qərarları Macarıstanın “Erməni Milli Muxtariyyətinin” yerli və xarici erməni icmalarının maraqları naminə onilliklər boyu gördüyü işə mane olur.
“Muxtariyyət” bundan çıxış edərək, Turdyana ultimatum elan edir: “Əgər o, icmanın tələbini martın 12-nə qədər təmin etməsə və deputat mandatından imtina etməsə, “Erməni Milli Muxtariyyəti” onu boykot etmək və ən sərt tədbirlər görməklə, onun şəxsiyyətinə etirazını ifadə etmək üçün bütün legitim imkanlardan istifadə edəcək”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33