Bakı, 18 mart, AZƏRTAC 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti respublikanın müxtəlif bölgələrində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə monitorinqlər keçirib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Monitorinqlər nəticəsində 700 kiloqramdan çox qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələrin satışı qadağan edilərək dövriyyədən çıxarılıb, 10 müəssisənin fəaliyyəti dayandırılıb.
Dövlət Xidməti tərəfindən reydlər davam etdirilir.