Bakı, 18 mart, AZƏRTAC
Bakı şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “İlaxır çərşənbəsi” tədbirinə qoşulan sağlamlıq imkanları məhdud gənclərimiz Novruz bayramına həsr olunmuş fleşmob nümayiş etdiriblər.
Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzindən AZƏRTAC-a bildiriblər ki, rəqqas İlham Kərimlinin rəhbərliyi ilə sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi olaraq hazırlanan fleşmob paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.