Bakı, 18 mart, AZƏRTAC
Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dahi musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışılıb, onun Azərbaycanda caz musiqisinin inkişafındakı böyük rolu qeyd edilib.
Konsert proqramında A.Süleymanbəylinin rəhbərliyi altında məktəbin müəllim və şagirdlərinin ifalarında Vaqif Mustafazadənin, Rauf Hacıyevin, Tofiq Quliyevin, Əlibaba Məmmədovun caz üslubunda oranjiman edilmiş əsərləri, habelə qərbin klassik və caz musiqisi səsləndirilib.